COVID pandemiyası dövründə Azərbaycanda ölüm göstəricisi aşağı olub - Səbəbi isə...

  • 2026.05.14 15:14
  • 105 Baxış
COVID pandemiyası dövründə Azərbaycanda ölüm göstəricisi aşağı olub -  Səbəbi isə...

Ötən illərdə olduğu kimi, müxtəlif növ virusların yayılması haqda məlumatlar əhalini ciddi narahat edir. Çoxsaylı insan tələfatı, müxtəlif ağırlaşmalarla müşayiət olunan pandemiyanın fəsadlarının acı nəticələri hələ də davam edir.

Medicina.az xəbər verir ki, Azərbaycanda COVID-19 pandemiyası dövründə əhali sayına görə ölüm göstəricisi, digər ölkələrlə müqayisədə, aşağı, yəni hər 1000 adama 1 nəfər olmuşdur.


Məsələn, İspaniyada bu rəqəm təqribən 2,5, İtaliyada -3,4, ABŞ-da isə hər 1000 nəfərə 4 nəfər olmuşdur. Bunun səbəbi isə Azərbaycanda Yüksəkdozalı Vitamin C (Pascorbin) preparatının müalicə protokollarına salınması olmuşdur. Belə ki, Yüksəkdozalı Vitamin C-nin təsiri, xüsusən infeksion xəstəliklər və virus infeksiyalarında, geniş şəkildə araşdırılmış və çoxsaylı elmi sübutlarla təsdiqlənmişdir. Yüksəkdozalı Vitamin C immun sisteminin optimal fəaliyyətini təmin etməyə, həmçinin orqanizmin müxtəlif infeksiyalara qarşı müdafiə mexanizmlərini gücləndirməyə kömək edir. Yüksəkdozalı Vitamin C-nin təsirini qiymətləndirən bir sıra nüfuzlu tədqiqatlar, bu müalicənin immun hüceyrələrinin fəaliyyətini aktivləşdirdiyini və xəstəliklərə qarşı orqanizmin müdafiə sistemini gücləndirdiyini göstərir. Həmçinin, Vitamin C-nin antioksidant təsiri orqanizmin hüceyrə və toxumalarını oksidləşmədən qoruyaraq, ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Ümumilikdə, yüksək dozalı Vitamin C-nin əsas təsirləri aşağıdakılardır:


İmmun cavabının artırılması: Vitamin C, immun hüceyrələrinin, xüsusən neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaların mübarizəsində mühüm rol oynayır.
Antioksidant təsir: Vitamin C, bədənin hüceyrələrini oksidləşmənin və zərərli maddələrin təsirindən qoruyur, bu da immun sisteminin daha sağlam işləməsinə imkan verir.

Virus və bakteriyalara qarşı mübarizənin dəstəklənməsi: Bu vitamin, orqanizmin infeksiyalara qarşı müdafiə mexanizmlərini gücləndirərək, həm profilaktik, həm də terapevtik məqsədlərlə istifadə edilə bilər.
İSTİFADƏ QAYDASI: Yüksəkdozalı vitamin C 7,5 g - 50 ml məhlulu 100 ml izotonik NaCl məhluluna əlavə edilərək həftədə 2-3 dəfə venadaxilinə yavaş - yavaş yeridilir.