Covidə qarşı hər qış peyvənd olunmalıyıq - Pfizerin yaradıcısı

  • 2021.11.10 17:49
  • 1237 Baxış
Covidə qarşı hər qış peyvənd olunmalıyıq  - Pfizerin yaradıcısı


Koronavirusa qarşı peyvəndin gücləndirici dozası, böyük ehtimalla hər il vurulacaq.

Bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.

O, üçüncü dozanın COVID-ə qarşı olduqca güclü təsir göstərdiyini, lakin bu təsirin maksimum bir il olduğunu açıqlayıb.

“Biz gözləməli və müşahidə etməliyik. Lakin böyük ehtimalla ən real ssenari hər il təkrar vaksinasiyadır”, - deyə Burla qeyd edib.