“Çox bahadır” - Rusiyanın yeni koronavirus dərmanı

  • 22 Sen 2020 18:22
  • 736 Baxış
“Çox bahadır”  - Rusiyanın yeni koronavirus dərmanı

Rusiyanın Dövlət Dumasında Rusiyanın yeni AREPLİVİR adlı koronavirus dərmanının çox baha olması tənqid edilib.


“Bu özbaşınalıqdır, qiymət təcili endirilməlidir” – deyə deputat Leonid Kalaşnikov deyib.

Medicina.az xəbər verir ki, özü koronavirusa yoluxmuş deputat dərman istehsalçısını vicdanlı olmağa çağırıb.

“Dərmanı dövlət hesabına hazırlamısız, əgər bazara çıxıbsa, elə edin ki, əhalinin almağa gücü çatsın.
Dövlət bu dərmanı vətəndaşına pulsuz verməlidir. Bu pandemiyadır, elə belə bazar deyil”.