Çox balıq yeyənlərdə xərçəng yaranır - Alimlər

  • 2022.06.20 15:17
  • 1758 Baxış
Çox balıq yeyənlərdə xərçəng yaranır    -  Alimlər


Rasionunda hər gün balıq olanlarda dəri xərçəngi yarana bilər.

Bakupost.az xəbər verir ki, bu barədə Braun universitetinin alimləri açıqlama verib.


Çoxlu balıq yemək melanoma yaranması riskini artırır.

Amerikalı alimlər elmi tədqiqat nəticəsində görüblər ki, sutkalıq balıq miqdarı 10 qramı keçməyənlərdə, xərçəng riski 22% aşağıdır, nəinki gündə 50 qram balıq yeyənlərdə.

Kim çox balıq yeyibsə, o insanlarda dərinin üst qatında anomal hüceyrələr 28%-dən çox olub.

Bunu təhlil etmək üçün alimlər 491 min insanın 1995-96 cı illəri əhatə edən tibbi məlumatlarını təhlil edib.


İştirakçılar il ərzində nə qədər balıq yediklərini qeyd ediblər.

Nəticələr göstərib ki, sıfır mərhələsində melanoma 1% iştirakçılarda aşkarlanıb.

Onların çoxu tuns və digər balıqları yeyənlər idi.

Alimlər bunun səbəbini balıqların yetişdiyi suların mərgümüş, difenil, dioksin kimi zərərli maddələrlə zəhərlənməsində görür.


Aygün Musayeva
BakuPost