Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox yeyildikdə xərçəng riski daşıyır - Mütəxəssis xəbərdarlıq etdi

  • 2025.06.10 10:00
  • 329 Baxış
Çox yeyildikdə xərçəng riski daşıyır -  Mütəxəssis xəbərdarlıq etdi

Qurban bayramının son günü yaxınlaşdıqca türkiyəli onkoloq Prof.Dr.Nilüfer Avcı həddindən artıq qırmızı ət yeməyin xərçəng riskini artırdığına dair xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, həkim qırmızı ətin həddindən artıq çox yeyilməsinin kolon, düz bağırsaq və prostat xərçəngi riskini artıra biləcəyinə diqqət çəkib:

"Qırmızı ətin sağlam qida qaynağı olduğunu inkar edə bilmərik, lakin həddindən artıq çox yemək bəzi xərçəng növləri, xüsusilə kolon və düz bağırsaq ilə əlaqəsi var. Eyni şəkildə turşu ətlər və işlənmiş şirniyyat məhsulları da oxşar risklər daşıyır".



Gündə ən az 4 porsiya meyvə, fərqli yeməklərdə yeyiləcək tərəvəzlər və ən az 1,5 litr suyun əhəmiyyətini vurğulayan Avcı, rəngli tərəvəzlərin antioksidant tutumuna diqqət çəkib:

"Yaşıl yarpaqlı tərəvəzlər, pomidor, soğan, sarımsaq kimi qidalar xərçəngə qarşı qoruyur".

Avcı həmçinin qırmızı ət yerinə noxud və lobya kimi paxlalı bitkilərin daha tez-tez yeyilməsini tövsiyə edərək həftədə ən az bir və ya iki dəfə balıq yeməyin bədən müqavimətini də gücləndirəcəyini vurğulayıb.

"Sağlam həyat üçün fiziki fəaliyyət, stresslə mübarizə və zərərli vərdişlərdən uzaq durmaq vacibdir. Unutmaq lazım deyil ki, bizi xərçəngdən 100% qoruyacaq heç bir möcüzəvi qida yoxdur. Ancaq düzgün qidalanma ilə şüurlu həyat bir araya gələrək riskləri əhəmiyyətli dərəcədə azalda bilərik".

Aygün
Medicina.az