Dadlı və yumşaq kabab üçün marinadlar – 3 üsul

  • 2019.05.09 20:15
  • 68410 Baxış
Dadlı və yumşaq kabab üçün marinadlar –  3 üsul
Yay ayları gəldikdə kabab mövsümü də başlayır. Manqal var, kömür var, ət var. Amma dadlı, yumşq kabab bişirmək hər adamda alınmır. 

Yaxşı kababın sirri onun basdırmasında, yəni əvvəlcədən marinadlaşdırılmasındadır.


Medicina.az ətin yumşaq, dadlı olması üçün aşpazların sirri olan 3 ən yaxşı marinad üsulunu təqdim edir.


1.Klassik basdırma


Sirkə, halqavari doğranmış soğan, duz, istiot. Adətən burda sirkə çox az miqdarda olmalıdır. Soğan isə Hövsan soğanı olsa daha yaxşı olar. Ət bu basdırmada azı 5 saat, çoxu 12 saat qalmalıdır. Kabab yumşaq olsun deyə 1-2 qaşıq zeytun yağı əlavə edə bilərsiniz. 

 

2. Qəhvə ilə marinad


4 xörək qaşığı zeytun yağı, 4 ədəd doğranmış soğan, yarım litr isti qəhvə dəmləməsi. 2 kq ət bunda basdırma olunur. Soyuducuda 4-6 saat saxlanılır. Bu kababı yedikdə rəngi, ətri xoş gəlir, amma heç kim qəhvə qatıldılğını bilmir. 


3.Toyuq kababı üçün kefir 


Yarım litr kefir, soğan, zeytun yağı, duz, istiot- ət burda basdırma olunur. Kefirdə ət çox yumşaq olur.