Bir çox insana dağınıq skleroz diaqnozu qoyulduqda ilk olaraq düşünür: "Bu, genetik xəstəlikdir. Deməli, dəyişdirə biləcəyim çox şey yoxdur."
Medicina.az xəbər verir ki, amma elm son illər bizə fərqli bir həqiqəti göstərməyə başlayıb. Bəli, genlər vacibdir. Lakin genlər təkbaşına taleyimizi müəyyən etmir. Ətraf mühit, qidalanma, vitamin səviyyələri, bağırsaq sağlamlığı, keçirdiyimiz infeksiyalar, stress və həyat tərzimiz də immun sisteminin necə davranmasına təsir göstərə bilir.
Məhz buna görə bu gün dünyanın bir çox mütəxəssisi dağınıq skleroza yalnız nevroloji xəstəlik kimi deyil, bütün orqanizmi əhatə edən mürəkkəb bir proses kimi baxmağa başlayır.
Dağınıq sklerozda əslində nə baş verir?
Dağınıq skleroz zamanı immun sistemi səhv siqnal alır və sinir hüceyrələrini qoruyan mielin qişasına hücum edir.
Nəticədə beyinlə bədən arasındakı əlaqə zəifləyir.
Bu isə müxtəlif simptomlara səbəb ola bilər:
• Görmə pozulmaları
• Yorğunluq
• Əzələ zəifliyi
• Tarazlıq problemləri
• Keyimə və hissiyat dəyişiklikləri
• Yaddaş və diqqət çətinlikləri
Bəs İmmun sistemini bu reaksiyaya nə sövq edir?
Məhz İnteqrativ Tibb bu suala daha geniş çərçivədən cavab axtarır.
Niyə bəzi insanlarda xəstəlik daha aqressiv gedə bilir?
Bunun tək bir cavabı yoxdur. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı, bəzi virus infeksiyaları, xroniki iltihab, bağırsaq mikrobiotasındakı dəyişikliklər, oksidativ stress və həyat tərzi faktorları immun sisteminə mənfi təsir göstərə bilər. Bu amillər hər xəstədə fərqli kombinasiyada mövcud olur. Məhz buna görə iki fərqli insan eyni diaqnozu alsa da, xəstəliyin gedişi tamamilə fərqli ola bilər.
İnteqrativ tibb nəyə görə fərqlənir?
Ənənəvi müalicə xəstəliyin aktivliyini azaltmağa və yeni tutmaların qarşısını almağa yönəlir.
İnteqrativ yanaşma isə əlavə olaraq belə suallar verir:
• Orqanizmdə xroniki iltihabı artıran faktorlar varmı?
• Bağırsaq sağlamlığı necədir?
• Vitamin və mineral çatışmazlıqları mövcuddurmu?
• Yuxu və stress vəziyyəti immun sisteminə necə təsir edir?
• Həyat tərzində hansı dəyişikliklər faydalı ola bilər?
Başqa sözlə, məqsəd yalnız xəstəliyi deyil, xəstəni bütöv şəkildə qiymətləndirməkdir.
Müalicə hami üçün eyni ola bilməz
Dağınıq sklerozun ən vacib xüsusiyyətlərindən biri onun hər kəsdə fərqli görünməsidir. Bu səbəbdən İnteqrativ Tibbdə standart müalicə planı yoxdur.
Müalicə fərdin:
• klinik vəziyyətinə,
• xəstəliyin müddətinə,
• həyat tərzinə,
• laborator göstəricilərinə,
• məqsədlərinə uyğun şəkildə qurulur.
Bu yanaşmada həkim və pasiyent komanda kimi çalışır. Müntəzəm nəzarət görüşləri, açıq ünsiyyət və davamlı qiymətləndirmə müalicənin daha məqsədyönlü şəkildə aparılmasına kömək edir.
Məqsəd sadəcə simptomları azaltmaq deyil
İnteqrativ tibbin əsas ideyası budur: İnsan orqanizmi bir-biri ilə əlaqəli sistemlərdən ibarətdir. Sinir sistemi, immun sistemi, hormonal sistem, bağırsaq mikrobiotası və metabolik proseslər bir-birindən ayrı deyil. Bu sistemlər arasındakı balansın bərpası xəstənin ümumi vəziyyətinə və həyat keyfiyyətinə müsbət təsir göstərə bilər.
Dağınıq skleroz mürəkkəb xəstəlikdir və onun müalicəsində tək bir universal həll yolu yoxdur. Lakin müasir elmi biliklər göstərir ki, xəstəliyə daha geniş baxmaq, fərdiləşdirilmiş yanaşma tətbiq etmək və həyat tərzi faktorlarını nəzərə almaq bir çox pasiyent üçün əlavə imkanlar yarada bilər.
Bəzən doğru sual sadəcə "hansı dərmanı qəbul etməliyəm?" olmur.
Daha vacib sual budur: "İmmun sistemimi bu vəziyyətə gətirən amillər hansılardır və onları necə dəyişə bilərəm?"
Vebinar videosunun sonunda dağınıq sklerozlu pasiyentlərdə tətbiq olunan yanaşmalar və real klinik hallar təqdim olunur.
Dr. Ülviyyə Səlimova - nevroloq-refleksoterapevt, İnteqrativ Tibb mütəxəssisi
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89