Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu

  • 08 Okt 2020 18:55
  • 20270 Baxış
Daha 23 şagird və 6 müəllim koronavirusa yoluxdu
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Medicina.az-a bildirilib ki, 27 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 23 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.