Daha bir Avropa ölkəsində meymunçiçəyi

  • 01 İyn 2022 15:48
  • 595 Baxış
Daha bir Avropa ölkəsində meymunçiçəyi

Norveçdə meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.



Medicina.az xəbər verir ki, bu barədə Norveçin İctimai Səhiyyə İnstitutundan bildiriblər.



"Bu gün Norveçin İctimai Səhiyyə İnstitutu Viken bölgəsində meymunçiçəyi xəstəliyinə yoluxma halının təsdiqlənməsi barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.



Qeyd edilir ki, xəstələnən şəxs yaxın zamanda xarici ölkədən qayıdıb. Səhiyyə xidməti xəstənin təmasda olduqlarını müəyyən edib, xəstəliyin yayılma riski olduqca aşağıdır.