Daha bir azərbaycanlı ABŞ-da koronavirusdan öldü

  • 2020.08.09 20:19
  • 2586 Baxış
Daha bir azərbaycanlı ABŞ-da koronavirusdan öldü
ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

Medicina.az report-a istinadən xəbər verir ki, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan iki həftə əvvəl klinikaya yerləşdirilib. O, ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.