Daha bir futbolçuda koronavirus aşkarlandı

  • 05 Noy 2020 19:25
  • 88859 Baxış
Daha bir futbolçuda koronavirus aşkarlandı
Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.

"Medicina.az"xəbər verir ki, hazırda İsveç "Malmö"sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Xəstəliyi simptomsuz keçirən baş məşqçi dərhal karantinə alınıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Malmö"nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerasında İngiltərənin "Nyukasl", Niderlandın "Feyenoord", İtaliyanın "Milan", Almaniyanın "Ştutqart" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib.