Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir gənc dəm qazından boğuldu - Qubada

  • 2019.12.19 13:23
  • 2530 Baxış
Daha bir gənc dəm qazından boğuldu -  Qubada

Quba rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.

Medicina.Az xəbər verir ki, hadisə Quba şəhəri, "32/33-cü kvartal" adlanan yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan, 2002-ci il təvəllüdlü Heybətova Validə Zaur qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib.

Gənc Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.