Daha bir ölkədə komendant saatı tətbiq olunur

  • 04 Noy 2020 18:25
  • 177737 Baxış
Daha bir ölkədə komendant saatı tətbiq olunur
İtaliyada koronavirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar ölkə ərazisində komendant saatı tətbiq olunur.

Qərar noyabrın 4-dən etibarən qüvvəyə minir.


Qərara əsasən, saat 22:00-dan 05:00-dək yaşayış yerlərini tərk etmək qadağan olunur.

Bu müddət ərzində yalnız zəruri hallarda evdən çıxmağa icazə verilir. Həftəsonlarında iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyatda sərnişin tutumunun 50 faizinədək sərnişin daşımağa icazə veriləcək.

Komendant saatı dekabrın 3-dək qüvvədə olacaq.

Qeyd edək ki, İtaliyada bu günədək 760 minə yaxın şəxs koronavirusa yoluxub, 40 minə yaxın xəstə həyatını itirib.