Daha bir rusiyalı oliqarx müəmmalı şəkildə öldü

  • 2022.12.27 14:54
  • 586 Baxış
Daha bir rusiyalı oliqarx müəmmalı şəkildə öldü

Rusiyalı iş adamı Pavel Antov müəmmalı şəkildə həyatını itirib.

"Medicina" xəbər verir ki, onun Hindistanda lüks hotelin pəncərəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilib.

Pavel Antov 66 yaşını qeyd etmək üçün dostları ilə getdiyi Hindistanın Rayaqada bölgəsində lüks hoteldə qalıb. Lakin müəmmalı şəkildə hotelin 3-cü mərtəbədəki pəncərəsindən həyətdəki hovuza yıxılıb. Ağır xəsarətlər alan Antov aparıldığı xəstəxanada dünyasını dəyişib.

Rusiyanın Vladimir vilayətində yerli qanunvericilik orqanının deputatı, ölkənin ən zəngin siyasətçilərindən biri olan Antovun ölümünü Rusiya mətbuatı intihar kimi qələmə verməyə çalışır. Eyni zamanda, Antovla birlikdə Hindistana yollanan dostlarından birinin ötən həftə orada infarkt nəticəsində ölməsi suallar yaradıb.

Qeyd olunub ki, “Vahid Rusiya” partiyasının keçmiş deputatlarından olan Antov Ukraynaya müdaxiləyə görə Putini tənqid edənlərin sırasında olub.

Aygün M