Dağınıq skleroz xəstəliyi daha çox bu bölgələrdə yayılıb - FOTO

  • 2018.03.07 14:44
  • 29115 Baxış
Dağınıq skleroz xəstəliyi daha çox bu bölgələrdə yayılıb -  FOTO
Son beş ildə 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub.


Medicina.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinə həsr olunmuş tədbirdə Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.


Onun sözlərinə görə, 2013-dən 2017-ci ilə qədər dağınıq skleroz xəstəliyi ilə bağlı icra olunan proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə edilib. Onlardan 1214-nə dağınıq skleroz diaqnozu qoyulub.


Tədbirdə deyilib ki, dağınıq sklerozdan əsasən 20- 40 yaş arası qadınlar əziyyət çəkir. Bu xəstəlik əlilliyə səbəb olur. Azərbaycanda dağınıq skleroz xəstəliyi daha çox Bakıda, Quba-Xaçmaz və Bakakən-Şəki zonalarında qeydə alınır. Xəstəlikdən ölüm halları isə nadir hallarda baş verir. Xəstələrə 20 adda dərman verilir. 

 


R.Əliyev onu da qeyd edib ki, dağınıq skleroz xəstəliyinin yaranma səbəbləri dəqiq bəlli deyil. Amma müəyyən səbəblər var ki, xəstəliyi yarada bilər. "Dağınıq skleroz xəstəliyinin daha çox yayıldığı çoğrafi enliklər mövcuddur. Ekvatordan uzaqlaşdıqca bu xəstəliyə daha çox rast gəlinir. Bunun səbəbi isə Günəşdir, həm də saatların sayının az olması ilə izah oluna bilər”,-həkim əlavə edib.


Xəstələr daha çox görmə, müvazinət və hissiyyat hissinin pozulmasından şikayətlənirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq lazımdır. Bəzən bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib.

 

Dağınıq skleroz xəstəliyi daha çox bu bölgələrdə yayılıb -  FOTO
Dağınıq skleroz xəstəliyi daha çox bu bölgələrdə yayılıb -  FOTO