Damarları təmizləmək barədə çox danışılsa da, əslində istənilən halda damara müdaxilə çox təhlükəlidir.
Medicina.az xəbər verir ki, terapevt İrina Esikova insanları arteriyalarını xolesterol lövhələrindən təmizləməyə aludə olmamağa çağırdı.
Yüksək xolesterol səviyyəsi qan arteriyalarını daraldan, qan axınını pozan və ürək xəstəliyi və insult riskini artıran tıxacların əmələ gəlməsinə səbəb olur.
Bəs bu xolesterol çöküntülərini arteriyalardan təmizləmək mümkündürmü? Tibbdə damar daralmasının bu növünün müalicəsi üçün yalnız cərrahi üsullar var, bu hallarda xəstələr bypass əməliyyatı və ya stentlərin yerləşdirilməsi əməliyyatından keçirlər.
Arteriyaları təmizləmək üçün müxtəlif ev üsulları nəinki istənilən effekti vermir, həm də potensial təhlükəlidir.
"Qan damarlarını həblər, venadaxili inyeksiyalar və ya xalq müalicəsi ilə təmizləmək sağlamlığınız üçün təhlükəli ola bilər".
Mütəxəssis izah etdi ki, qan damarlarının daxili divarlarında əmələ gələn xolesterol lövhələrinin quruluşu sıx və sərtdir.
Bu cür lövhələr damar toxumasının özünə zərər vermədən həll edilə və ya başqa şəkildə çıxarıla bilməz.
"Möcüzəvi müalicələrlə "təmizləmə" təklif etdikdə risk etməyin. Bu, vəziyyəti yalnız pisləşdirə bilər".
Xalq müalicəsi üsullarına gəldikdə isə, terapevt qeyd edib ki, ən yaxşı halda onlar faydasız olacaq.
Aygün Musayeva