Damarların təmizlənməsi və möhkəmlənməsi üçün QİDALAR

  • 2022.02.19 17:20
  • 3859 Baxış
Damarların təmizlənməsi və möhkəmlənməsi üçün    QİDALAR

Damarları xolesterindən və yağdan təmizləmək üçün rasiona müəyyən qidalar daxil etmək lazımdır.

Medicina.az xəbər verir ki, rusiyalı diyetoloq Sergey Oblojko bu qidaları açıqlayıb.

Onun fikrincə, zeytun və zeytun yağı damarları təmizləmək üzrə ən ciddi effekti göstərib.

Zeytunda damarları tıxayan ateroskleroza qarşı antioksidant təsirli maddələr var.

Eləcə də qara gavalı, ərik qurusu, quru meyvələr də damarları təmizləyir.

Xolesterini yüksək olanlar müntəzəm olaraq yulaf sıyığı yeməlidir.


Damarları qoruyan vitaminlərdən biri də fol turşusu – B9-dur. Yüksək miqdarda fol turşusu homosisteinin səviyyəsini azaldır.
Damarların tıxanmasına digər səbəb qanda çox miqdar qlükoza olmasıdır. Ona görə bu şəxslər şirniyyatı azaltmalıdır.

MEDICINA.AZ