Delta və yeni ştamm bu yaşda uşaqlar üçün təhlükəlidir

  • 28 Okt 2021 16:32
  • 700 Baxış
Delta və yeni ştamm bu yaşda uşaqlar üçün təhlükəlidir


Rusiyalı tibb elmləri namizədi Vladimir Kruqlıy 3 ay ərzində uşaqların vaksinasiyasını mümkün qədər sürətləndirməyi tövsiyə edib. Buna səbəb kimi o. Delta plyus ştammının uşaqlar, xüsusən 6-8 yaş arası uşaqlar üçün ağır və təhlükəli olduğunu göstərib.


Medicina.az xəbər verir ki, sosial siyasət üzrə ekspert həyəcan təbili çalıb.
Hər gün uşaqlar arasında yoluxma artır.

“Bizdə koronaviruslu uşaqlar üçün açılan xəstəxanaların sayı çoxalır. Uşaq xəstəxanalarında çarpayılar dolub. Delta əvvəlki varianta nisbətən uşaqlar üçün daha kontaqiozdur. Yoluxanların 10% -i 18 yaşına çatmamış uşaqlardır. 6,7,8 yaş uşaqlar arasında ağırkaşma və nadir halda da olsa ölüm halları var.


Biz artıq bunu görməliyik, danışmalıyıq, tədbirlər görməliyik. Yeniyetmələrin vaksini var, indi daha azyaşlı uşaqlar üçün vaksinin qeydiyyatını tezləşdirməliyik. Vaxt azdır, xəstəlik uşaqları hədəf alıb”.