Dəm qazı körpənin canını aldı

  • 2018.03.06 20:45
  • 14225 Baxış
Dəm qazı körpənin canını aldı

Azərbaycanda dəm qazı daha iki nəfərin ölümünə səbəb olub.




Medicina.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə Bakıda baş verib.




Hələlik adları məlum olmayan iki körpə dəm qazından dünyasını dəyişib. Onlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.




Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından vəfat edib. Onlar - Rafiq Hüseynov (baba),  Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.