"Demişəm, qəbrimə başdaşı düzəltməyin" - Elgiz vəsiyyətini açıqladı

  • 2022.07.18 15:00
  • 2415 Baxış
"Demişəm, qəbrimə başdaşı düzəltməyin"  - Elgiz vəsiyyətini açıqladı

Aparıcı Elgiz Əkbər vəsiyyətini açıqlayıb.

Medicina.az xəbər verir ki, o məzara təmtəraqlı baş daşı qoyulmasını tənqid edib:


"Son vaxtlar baş daşı üstündə çox söz-söhbətlər düşür. Vəsiyyətimi etmişəm, mənə lazım deyil. Nə edirəm onu? Demişəm, baş daşı qoymasınlar. Adi bir daş qoyulsun, yazılsın "filankəsov filankəs", bəsimdir. Ölüsü ölən 40-ı çıxmamış başlayırlar düzəltməyə: birindən 20, başqasından 15 borc alırlar".

"Elgizlə izlə"də qonaq olan Əməkdar artist Kübra Əliyeva da onun sözlərini təsdiqləyərək, eyni vəsiyyəti etdiyini deyib.