Depressiyada olan kişini bu dieta xilas etdi

  • 12 May 2022 12:39
  • 529 Baxış
Depressiyada olan kişini bu dieta  xilas etdi


Depressiyadan əziyyət çəkən insanlar çox zaman sağlam və düzgün qidalanmır. Ona görə də xəstəlik irəliləyir.

Bakupost.az xəbər verir ki, Aralıq dənizi dietası depressiya ilə effektiv mübarizə aparır.

Sidney universitetinin alimləri depressiya xəstələri üzərində 12 həftəlik araşdırma aparıb.


18-25 yaşlı gənc 72 depressiya xəstəsi olan kişilər 12 həftə ərzində Aralıq dənizik dietası qidalanması çərçivəsində qidalanma rejiminə keçirilib.


Belə ki, onlara böyük porsiyalarda tərəvəz, paxla, çərəz, qoz, yağlı balıq, balıq yağı və tam taxıl, mayasız çörək verilib.
Digər kontrol qrup isə adi qaydada, özləri bildiyi kimi fast-food da daxil olmaqla qidalanıb.

Nəticədə Aralıq dənizi dietasında olan kişilərdə depressiya əlamətlərinin azalması, bəzisində itdiyi, yaxşı əhval simptomları müşahidə olunub.


“Yeməyin insanın əhvalına təsir etməsi barədə çox əsaslı sübutlar var. Məsələn, 90% serotonin hormonu bağırsaqlarda hasil olur. Ordakı mikrofloranı qidalandırmaq üçünsə onlara taxıl, lif, meyvə-tərəvəz lazımdır. Ona görə də belə tip dieta setoronin hasilini artırır. Depressiyadan əziyyət çəkən xəstələrin 30%-dən çoxu standart dərman müalicəsinə cavab vermir, heç bir yaxşılaşma olmur. Onların rasionu mütləq dəyişməlidir. Bu dietada depressiyada olan qadınlar, yaşlı insanlar üçün də keçərlidir”.


Aygün Musayeva
BakuPost