Sadə bir vərdiş kimi görünən dərin nəfəs məşqləri, stressin azaldılmasından tutmuş immunitet sisteminə qədər bədənə bir çox fayda verir.
Medicina.az xəbər verir ki, çoxumuz dərin nəfəs almağın əslində faydalı olduğunu bilmirik.
Lakin bu kiçik vərdiş olduqca faydalıdır.
Düzgün və dərin nəfəs almaq həm fiziki, həm də zehni sağlamlığa düşündüyümüzdən daha böyük təsir göstərir.
Hətta bir neçə dəqiqəlik şüurlu nəfəs məşqləri belə bədəni rahatlada bilər.
Dərin nəfəs almaq bədəndəki stress hormonu olan kortizol səviyyəsini aşağı salmağa kömək edir. Bu, özünüzü daha sakit və daha balanslı hiss etməyinizə kömək edir.
Xüsusilə diafraqmadan alınan nəfəslər parasempatik sinir sistemini aktivləşdirir və bədəni "rahatlama rejiminə" keçirir.
Nəfəs alma tezliyinin yavaşlaması ürək döyüntüsünü tarazlaşdırır və daha müntəzəm ürək döyüntüsünə kömək edir.
Mütəmadi nəfəs alma məşqləri qan təzyiqini idarə etməyə kömək edə bilər.
Dərin nəfəs alma ağciyər tutumundan daha səmərəli istifadə etməyə imkan verir və hüceyrələrə daha çox oksigen daşınmasına kömək edir.
Beyinə artan oksigen diqqət müddətini uzadır və zehni aydınlıq təmin edir.
Aygün
Medicina.az