Dərmanlı çiyələk yedi, bədəni dəhşətli hala düşdü - VİDEO

  • 2026.06.10 18:15
  • 138 Baxış
Dərmanlı çiyələk yedi, bədəni dəhşətli hala düşdü -  VİDEO

Bakıda pasiyentin bədəni dərmanlı çiyələkdən dəhşətli hala düşüb.

Medicina.az xəbər verir ki, bu barədə dr. Ağa İsmayılov bildirib.

Həkim əlavə edib ki, bəzən adi görünən bir qida ciddi allergik reaksiyaya səbəb ola bilər:

"Bu pasiyentdə çiyələk qəbulundan sonra ağır allergik reaksiya inkişaf edib, dəridə geniş yayılmış səpgilər və ləkələr yaranıb. Allergik reaksiyanın şiddətini azaltmaq və qanda dövr edən zərərli maddələrin xaric olunmasına kömək etmək məqsədilə plazmaferez müalicəsi tətbiq olunur. Unutmayın, allergiya hər insanda fərqli gediş göstərə bilər. Dəridə qəfil səpgilər, qaşınma, şişkinlik və ya nəfəsalma çətinliyi yaranarsa, vaxt itirmədən həkimə müraciət edin".

Aygün
Medicina.az