Dermatit mazları korluğa səbəb ola bilər

  • 2018.03.28 16:04
  • 17730 Baxış
Dermatit mazları korluğa səbəb ola bilər
Xarici mətbuatda dermatit müalicəsində istifadə olunan Triderm və Selestoderm B-nin gözlərə mənfi təsir etməsi barədə informasiya dərc olunub.

 

Dərmanın təlimatında Xüsusi göstərişlər bölməsində qeyd olunub ki, əgər bu mazların istifadəsi ərəfəsində görmədə bulanlıqlıq yaranarsa, həkimə müraciət edin.

 

Dərmanları istehsal edən firma məlumatı təsdiqləyib, lakin təlimatda dəyişiklik edilməsi Səhiyyə Nazirliyinin ekspertizasından sonra ediləcək. 

Həkimlər qeyd edir ki, hormonal maz və kremlər yerli çəkilir və ümumi qana keçmir.

 

Sistemli əks təsirlər uzun müddətli ( 4-5 həftə sonra) istifadədən sonra baş verə bilər. Ona görə bu mazlar elə də təhlükəli hesab olunmur.