Diabet olmaq istəməyənlər və şəkər xəstələri üçün MÖCÜZƏ– Azərbaycanlı professordan xüsusi MƏSLƏHƏT

  • 2020.05.28 17:37
  • 24313 Baxış
Diabet olmaq istəməyənlər və şəkər xəstələri üçün MÖCÜZƏ –  Azərbaycanlı professordan xüsusi MƏSLƏHƏT


Bu məqalə Amerika "MİR" Humanitar Tibbi Cəmiyyətinin direktoru, Almaniya “Beynəlxalq Humanitar Tibbi Yardım” Təşkilatının Azərbaycan üzrə rəhbəri, hazırda Almaniyada çalışan professor Ağabəy Azərbaycani tərəfindən hazırlanıb. Burada siz ən təbii bitki şəkəri Stevia ilə tanış olacaqsız. Stevia şəkərdən imtina edənlər, diabetdən qorunanlar və hazırda şəkər xəstəsi olanlar üçün əvəzsiz nemətdir.


Stevia nədir?


Stevia Cənubi və Mərkəzi Amerikada şirin yarpaq və ya şəkər yarpağı kimi tanınan təbii bitkidir. Paraqvayın Guarani hindularının 2500 ildir Stevia bitkisindən istifadə etdikləri qeyd edilir. Bu bitki Avropaya 20-ci əsrin əvvəlində gəlib.
Stevia təbii mənbə, sıfır kalori şirinləşdirici olaraq, təbii şəkəri əvəz edən dad inqrediyentidir.

Stevia bitkisinin Rebaudian növünün yarpaqlarından alınan Stevia təbii mənşəli bitki ekstraktıdır.

Stevia Rebaudian Xrizantena ailəsinə məxsus bir bitkidir. Onun Steviol qlikosid ekstraktların çəkilmişi 300 dəfə şəkər şirinliyindədir.

Stevianın qan qlükozasına təsirsiz effekti var. Pəhriz zamanı karbohidratlara nəzarət etməkdə insanlar üçün cəlbedici sayılır.




Steviada şirin dadın uzun müddət olması iki qlikozidlə bağlıdır: stevioside və rebaudioside A.

Bu birləşmələr olduqca şirin dad verir, lakin bədən daxilində qlükozaya çevrilmir, istiliyi və turşuluğu sabit saxlayır. Ümumdünya Səhiyyə Təşkilatı da açıqlayıb ki, Stevianın digər dadlandırıcılar və saxarinlə müqayisədə tərkibində heç bir kanserogen (xərçəng yaradan) maddələr yoxdur. Təhlükəsiz, alternativi olmayan bir bitkidir.

Stevianın insan üçün Faydaları

Stevia orqanizmdə bir çox çatışmazlıqda, xəstəliklərdə çox faydalı ola bilər.
Braziliya və Paraqvayda Stevia mədə sakitləşdirici dərman kimi çaya qatılaraq əsrlər boyu istifadə edilib.

Karbohidratlar və kaloridən azaddır

Karbohidrat və ya kalorilərinə nəzarət edənlər üçün Stevia həm karbohidrat, həm də kalorisi olmayan bitkidir. Bu da pəhriz saxlayan insanların yemək planlarını pozmadan şəkərə olan təlabatını ödəməyə kömək edir .

Qan təzyiqini salır

Stevianın tədqiqatı zamanı qan təzyiqinin aşağı salınmasında da böyük rolu olduğu müəyyənləşib.
Bu bitki yüksək qan təzyiqi olan insanlar üçün ideal şirinləşdiricidir.

Qanda şəkəri salır

Qanda şəkər səviyyəsi yüksək olan insanlar üçün Stevianın mühüm faydası var. Bu şəkərli diabeti olan, qanda şəkər və ya insulin problemləri olan hər kəs üçün qəbul edilən əvəzedici sayılır. Lakin, diabeti olan insanlar steviadan istifadədən sonra, qanda olan şəkər və insulinin səviyyəsini yoxlamaqda davam etməli və onların qanda nəzarətinə əmin olmalıdırlar.

Bədəndə turşuluğun endirilməsi

Yemək borusunda turşuluğun aşağı salımasında təsirlidir.
Sidik turşusu səviyyəsinin aşağı salınmasında təsiri var. Bu da podaqra və revmatizmi olanlar üçün lazımdır.

Stevia diabetə qarşıdır

Ümumdünya Səhiyyə Təşkilatı 2012-ci ildə qiymətləndirmə apararaq müəyyən edib ki, dünyada 346 milyondan artıq insanda şəkər diabeti var və bu rəqəmin 2030-cu ildə iki dəfə artacaq. Bu xəstəlik hər il 4.6 milyon insanın ölümünə səbəb olur.

Diabetlər iflic törədən 10 səbəbin arasında olmaqla yanaşı, korluq və aşağı ətrafların amputasiyası fəsadları verir. Stevia diabeti olan insanların qandakı şəkər miqdarını ona görə idarə edə bilir ki, təbii mənşəli karbohidrata çevrilməyən şirinləşdiricidir. Şəkər diabeti olan həm böyüklər, həm də uşaqlar karbohidratları azaltmaq üçün Steviyadan istifadə edə bilir.

Arıqlamaq üçün

Çəkinin idarə olunmasında və azalmasında kalorisi olmayan şirinləşdiricidən istifadə etmək tövsiyə olunur.

Antibakterial təsir

Daxili istifadəsi zamanı, Stevianın antibakterial xüsusiyyətlərinin olduğu aşkar olunub. Bu Stevianın diş məcunu kimi ağzın yuyulmasında ideal bir inqrediyent olmasına zəmin yaradır, beləliklə, diş əti iltihabının və kariyesin yaranmasının qarşısını alır.

Ekzema və yaraların sağalmasında, dərinin müalicə olunmasında qızdırcı məlhəm kimi istifadə olunur. Həmçinin, bədən xaricində istifadə olunanda eyni antibakterial təsiri var.


Kalsium əmələ gətirir

Toyuğun yeminə Stevia bitkisi qatıldıqda onun yumurtasının qabğı daha sərt olur. Bu da onu göstərir ki, Stevia kalsium formalaşmasında inkişafa və sümüyün bərkiməsinə köməklik göstərir.





Stevianın neqativ təsirləri

Stevianın neqativ təsirləri azdır və çox nadir hallarda olur. Orqanizmin ambroziya və ona yaxın bitkilərə allergiyası varsa, mənfi təir edə bilər. Yaxud gündə 1500 mq və daha artıq qəbul edilərsə, aşağıdakı neqativ hallar baş verə bilər :

- köp
- ürəkbulanma
- başgicəllənmə
- əzələ ağrıları

Stevia qida və içkilər üçün

Bu gün Stevianın qida və içkidə istifadə olunması müasir elm tərəfindən dəstəklənir. Dünyanın bugünkü qida məhsulları və içkilərində aşkar olunan Stevia yarpağının ekstratının daha təmiz olması iri elmi institutlar tərəfindən təsdiq edilib.
Dünyada istehsal olunan minlərlə ərzaq və içkilərdə Steviadan istifadə olunur.

Çaylar, sərinləşdirici içkilər, meyvə şirələri, sular, südlər, yoqurt, bişmiş məhsullar, taxıl, salat ədviyyaları, souslar, şirniyyatlar da daxil olmaqla əksər istehlak mallarının tərkibində bu butkini görə bilərsiniz. O şirinləşdiricilərin üst təbəqəsində yer tutur.



Stevia Harada Becərilir?

Stevia Paraqvay, Keniya, Çin, Amerika Birləşmiş Ştatları, Vyetnam, Braziliya, İran, Hindistan, Yaponiya, Argentina , Kolumbiya və dünyanın bir çox digər öikələrində becərilir.

Stevia təhlükəsizdir

Yüksək xalisliyə malik olan stevia ekstraktlarının pH-ı temperatur və saxlama müddəti var; Buna görə də Stevia ərzaq və içkilərdə geniş istifadə edilə bilər.



Şəkərin digər təbii alternativi - Sucolin

Bir erythritoldan təşkil olunub ki, tərkibində armud, yemiş və ya digər təbii meyvələr var, alkoqoldan keçirilib. Eynilə şəkər dadı var, amma süni şəkər kimi qana sıçramır ve Stevia təsirindədir. Bir üstünlüyü də var ki, qəhvəyə qarışdıranda ona acılıq dadı vermir. Bu məhsulu Almaniya, İsveç kimi ölkələrdə yeni icad ediblər. 100 faiz təbiidir, sıfır kalorisi var.







Digər şəkər alternativləri

Bunlar az da olsa, qanda şəkərə çevrilir, bu alternativlər də diabet xəstələri üçün yaxşıdır. Onlar az miqdarda təzə meyvələr, qurudulmuş xar tutdan istifadə edə bilərlər.

1. Ağcaqayın siropu – ağacın böyük yarpaqlarından hazırlanır. 70% saxaroza, 30% fruktoza var.
2. Agave (100 illik bitki) şərbəti – Mavi Agave bitkisinin yarpaqları qaynadılıb sıxılır.
3. Molasses bəhməzi – şəkər qamışından hazırlanır.

4. Bal - gül nektarıdır. Yarısı fruktozadır, 20% qanda şəkərə çevrilə bilir. Gündə bir çay qaşığından artıq yemək olmaz.

5. Xurma şəkəri – yer xurmalarından alınır
6. Kokos, palma şəkəri – bu ağacların yarpaqlarından alınır.

7. Qəhvəyi düyü şərbəti – düyü bişirilir, sonra şəkərə çevrilir.
8. LO han – rahib meyvəsi adlanan meyvədən alınır. Heç bir kalorisi olmur.

MD, PhD Prof. Ağabəy Azərbaycani