Dilimlənmiş qarpız alanların nəzərinə! - Təhlükəlidir

  • 2026.05.18 21:28
  • 98 Baxış
Dilimlənmiş qarpız alanların nəzərinə! -  Təhlükəlidir

Uzun müddət dilim şəklində saxlanılan qarpızlarda bakteriyalar sürətlə çoxalır.

Medicina.az xəbər verir ki, yay aylarının ən sevilən meyvəsi olan qarpız bazarlarda görünməyə başlayıb.

Uzun müddət saxlanılan və ya uyğun şəraitdə saxlanılmayan qarpızlar yüksək şəkər və su tərkibinə görə zərərli bakteriyaların böyüməsi üçün ideal mühit yaradır.

Onları dilim şəklində satmaq bu prosesi sürətləndirir. Bu, qida zəhərlənməsinə səbəb ola bilər.



Bundan əlavə, qarpızın tərkibində həddindən artıq nitrat olması və ya kəsilməzdən əvvəl qabığının yuyulmaması kimi amillər riski artırır.

Kəsildikdən dərhal sonra zəhərli deyil, lakin uzun müddət istiliyə məruz qaldıqda sağlamlıq problemlərinə səbəb ola bilər.

Aygün
Medicina.az