Dırnaqlarda qalxanvari vəz xəstəliyinin əlaməti

  • 2026.01.07 11:27
  • 460 Baxış
Dırnaqlarda qalxanvari vəz xəstəliyinin əlaməti

Dırnaqların vəziyyəti tiroid vəzi ilə bağlı problemlərin siqnalı ola bilər.


Medicina.az xəbər verir ki, Doktor Peter ən çox rast gəlinən tiroid disfunksiyasının tiroid hormonlarının səviyyəsinin yüksəlməsi olduğunu bildirdi.

Bu zaman yorğunluq, əhval-ruhiyyənin dəyişməsi və çəki itkisi problemi göstərir.

Lakin, xəstə tiroid vəz dırnaqların vəziyyətinə təsir göstərə bilər və onların dırnaq yatağından ayrılmasına səbəb ola bilər.

Qəhvə içmək tiroid vəzini "öldürür".

"Dırnaqlar dırnaq yatağından ayrılır, proses adsız barmaqdan başlayır. Bu simptom endokrinoloq Henri Plammerin adını daşıyan "Plammer dırnaqları" adlanır” – deyə həkim bildirdi.

Həkim əlavə etdi ki, hipertiroidizm tiroid hormonu istehsalının artması ilə baş verə bilər. Bu vəziyyət barmaqların formasında spesifik bir dəyişikliyə səbəb olur: onlar şişir və dəyənək halına gəlir. Bunu görsəniz, mütləq həkimə müraciət etməlisiniz.

Aygün Musayeva