Diş çıxaran dərman satışa çıxarılır – Tarix açıqlandı

  • 2024.06.11 20:52
  • 1921 Baxış
Diş çıxaran dərman satışa çıxarılır –  Tarix açıqlandı
Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.

Medicina.az xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutundan Katsu Takahaşi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.

Takahaşi və komandasının Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı bildirilib.

Qeyd edilib ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək. Çünki anadangəlmə diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə də mənfi təsir göstərir.

Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. İntravenöz olaraq tətbiq edilən dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək.

Heyvanlar üzərində aparılan tədqiqatlarda bu günə qədər heç bir əhəmiyyətli əks təsir aşkar edilməyib.

Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişi əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər.

2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan USAG-1 molekuluna təsir edir. Müvafiq olaraq, dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir.

Başlanğıcda 6 ön dişi olan gəlinciyin dərman verildikdən sonra 7-ci ön dişi inkişaf edib. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda elm adamları dərman sayəsində dişlərin yenidən inkişaf etdiyini müşahidə ediblər.

"Biz bu dərmanın protez və implantlar kimi mövcud müalicələrdən sonra üçüncü variant təmin etməsini istəyirik”, - deyə Takahaşi vurğulayıb.


Aysel