Diş fırçasını vanna otağına qoymayın - Nəcisli ola bilər

  • 2023.09.18 18:36
  • 1831 Baxış
Diş fırçasını vanna otağına qoymayın  - Nəcisli ola bilər
Diş məcun və yuma vasitələrinin hamam-tualet olan yerdə rəfdə, güzgü önündə yerləşdirilməsi gigiyenik problemdir və yanlışdır.


Vanna otağında olması rahat və əlçatan olsa da, tualetdə nəcis zərrəcikləri ona çökə bilər.

"Medicina" xəbər verir ki, stomatoloq Anna Xarisova bunun necə baş verdiyini açıqlayıb.

"Tualet olan yerdə su zərrəcikləri ilə ətrafa fekal zərrəciklər yayılır. Hətta ək-üz yuyanda, güzgüdə, əşyalarda belə kiçik su zərrələri ilə fekal bakteriyalar çökür. Bu o vaxt baş verir ki, unitazın qapağını bağlamadan suyu açırsız.

Bu zaman havaya su zərrələri sıçrayır.

Diş fırçanızı bu bakteriyalardan qorumaq üçün onları hansısa qaba qoymaq, ağzı aşağı qoymaq, hər istifadədən öncə isti su ilə yumaq lazımdır. Eləcə də unitazın qapağını bağlı saxlayın.

Digər gigiyenik zərər, vanna otağında rütubətin, nəmin olmasıdır ki, bu da bakteriya, göbələk və kifin diş fırçası tükləri üzərində yaranmasına səbəb ola bilər.

Bir vanna otağından çox adam istifadə etdiyinə görə, siz istənilən an çirklənməyə məruz qala bilərsiz.

Öz diş fırçanızı digər fırçalardan ayrı, öz plastik futlyar və ya torbasında saxlayın. Ən yaxşı metod isə diş fırçasını yataq otağında əl altında rəfdə, şkafda saxlamaqdır"

Aygün Musayeva