Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər - ALİMLƏR

  • 2021.01.13 16:51
  • 1995 Baxış
Dişlərin üzərində ərp infarktdan xəbər verə bilər  - ALİMLƏR

İnsan ürək tutması və infarktın əlaməti kimi sinədə yanğı, ağrı, təzyiq əlamətlərini gözləyir.

Lakin professor Adam Teylor infaktrın tamam başqa, ağlınıza gəlməyək simptomunu aşkarlayıb. Hətta bu simptom infarktdan aylar öncə biruzə verə bilər.


Medicina.az xəbər verir ki, dişlərdə ağ, yapışqanlı plyonka kimi ərpin olması sizə xəbərdarlıq ola bilər.

Alim bildirir ki, ağız boşluğunda pis, zərərli bakteriyalar çoxaldıqca, qan dövranına keçir, qanı zəhərləyir və qanla ürəyə gedərək, orqanda iltihabı proses və damarların pozulmasına səbəb olur.


Eləcə də ağızda turş dad, çənədə ağrı, diş ağrısına bənzər sancılar, diş üzərində fırça ilə belə getməyən ərpin olması ürəyin sağlam olmadığının göstəricisi ola bilər.