Dizlərdə ağrı, yanma, sızıltı - Hansı analiz, müayinələr vacibdir?

  • 2026.04.23 19:34
  • 110 Baxış
Dizlərdə ağrı, yanma, sızıltı   - Hansı analiz, müayinələr vacibdir?

Dizdə ağrı, yanma və sızıldama tək bir səbəbdən olmur. Bu şikayətlər həm oynaq, həm də sinir, qan dövranı və metabolik problemlərlə bağlı ola bilər. Ona görə diaqnostika mərhələli aparılmalıdır.

Medicina.az xəbər verir ki, ilk olaraq travmatoloq ortopedə müraciət olunmalıdır.

Həkim ilk olaraq bunlara baxır:
Ağrının yeri (ön, arxa, yan hissə)
Hərəkətlə artıb-azalması
Şişkinlik və ya qızartı
Səs (xırıltı, “xırtıltı”)

Bu mərhələ çox vacibdir, çünki hansı analizə ehtiyac olduğunu müəyyən edir.

2. Rentgen (X-ray)
Artroz (oynaq yeyilməsi)
Sümük dəyişiklikləri
Oynaq aralığının daralması

MRT (Maqnit Rezonans Tomoqrafiya)

Menisk zədəsi
Bağ (ligament) problemləri
Qığırdaq zədələnməsi
Yumşaq toxumalar


USM (Ultrasəs)
Oynaqda maye (iltihab)
Yumşaq toxuma vəziyyəti

LABORATOR ANALİZLƏR


- Ümumi qan analizi
EÇS, CRP
- Revmatoloji analizlər
Revmatoid faktor (RF)


Metabolik analizlər
D vitamini
Kalsium, maqnezium
Sidik turşusu (podagra üçün)

Adətən:
Yanma hissi → sinir və ya iltihab ehtimalı
Sızıldama → artroz və ya mineral çatışmazlıq
Kəskin ağrı → travma, menisk və ya bağ problemi

Aygün Musayeva