Dizlərin ağrımasının 5 səbəbi

  • 2018.02.28 17:12
  • 37682 Baxış
Dizlərin ağrımasının 5 səbəbi
Azərbaycanda 45 yaşından sonra əksər insanların oynaq sümük problemi dizlərdən başlayır. Kiminin dizi şişir, kiminin xırçıldayır, kimininki ağrıyır. Səbəblər isə əslində çox deyil.  Elə bu 5 səbəbi araşdırsaz, doğru yoldasız.

 


Səbəb 1


Qonartroz – həkim travmatoloq və ortopedə birinci müraciət etmənin ilk səbəbidir. 35% dizi ağrıyan insanlarda diz sümüyünün degenerasiyası nəticəsində ilk mərhələ- qonartroz başlayır. Xəstəliyin başlanğıcında həm dərman müalicəsi, həm müalicəvi idman və fizioterapiya tez effekt verir. Ağrıkəsici preparatlardan mümkün qədər qorunmaq lazımdır. Oynaqdaxilinə plazma və gialuron turşusu yeritmək – Artroterapiya da yaxşı nəticə verir. Xəstəliyin gecikmiş mərhələsində insan normal gəzə bilir, artıq diz oynağının əməliyyatla protezlənməsinə ehtiyac yaranır.

 


Səbəb 2


Menisklərin zədələnməsi- diz qapağının altında olan daxili qığırdaq toxumasının zədələnməsidir. Amortizasiya funksiyası daşıyan bu toxuma diz oynaq xəstəliklərinin 30%ni təşkil edir. Menisklər 50% hallarda hissəvi dağılır. Əgər hissəvi dağılma varsa, düzgün müalicə ilə yenidən böyüyə bilər. Bu hallarda fizioterapiya, aparat, iltihabəleyhinə terapiya, əllə müdaxilə olunur. Ağır halda atroskopik metodla əməliyyat aparılır. 

 


Səbəb 3


Periartrit – diz tendonlarının iltihabıdır. Əsasən 45 yaşdan yuxarı qadınlar əziyyət çəkir. Ağrı gəzəndə, pilləkən çıxanda və ağırlıq qaldıranda olur. Xəstəlik konservativ metodla müalicə olunur. Həmçinin fizioterapiya tətbiq olunur.


Səbəb 4


Dizdə oynaq ağrıları – adətən gənc nəsildə görünür, illərdə davam edir. Bu xəstəliyi artrozlardan fərqləndirmək lazımdır. Hər iki dizdə ağrı olur. Bu ağrı bir insanda varsa ondan həmişəlik qurtulmaq mümkün deyil. Sadəcə masaj, isidici mazlar, damargenişləndirici preparatlarla ağrı azaldılır.


Səbəb 5


Artrit – diz qapağı oynağının iltihabıdır. Dizlərin artritini yaradan onlarla səbəb var: revmatoid artrit, reyter sindromu, Bexterev xəstəliyi, psoriaz və s. Oynaq qızarır və şişir. Periodik olaraq kəskinləşmə və azalma dövrü olur. Müalicəsi iltihab əleyhinə terapiya, iynə və fizioterapiyadır.