Oğuldan ataya vena köçürüldüDÜNYADA İLK:

  • 2019.03.29 13:38
  • 14054 Baxış
Oğuldan ataya vena köçürüldü DÜNYADA İLK:


Bu vaxta kimi vena damarlarının transplantasiyası ölü donorlardan köçürülürdü. Medicina.az xəbər verir ki, İsraildə baş tutan əməliyyatda oğuldan ataya damar köçürülüb və bununla da tarixi ilkə imza atılıb.


Bu nadir əməliyyat Yerusəlimdə olan xəstəxanaların birində baş tutub. Belə ki, oğuldan ataya vena transplantasiyası edilib və nəticədə 60 yaşlı atanın ayağı kəsilməkdən xilas edilib. 

 

Atanın ayaqlarında olan damarların tutulması nəticəsində toxumalarda olan oksigen təchizatı pozulub. Xəstəlik daha da irəliləyərək qanqrenə səbəb olub. Həkimlər bildiriblər ki, onu xilas etməyin yeganə yolu ayağın amputasiyasıdır. 

 

Buna qədər İsrail cərrahları kişinin ayağını xilas etməkdən ötrü mümkün olan hər şeyi ediblər. Onun ayaq damarlarına katetr qoyulsa belə, heç bir nəticə əldə edilməyib. 

 

Pasiyenti amputasiyaya hazırlayarkən psofessor Ron Karmeli onun dabanında 2 mm ölçüdə canlı damara birləşdirilə biləcək arteriya hissəsi aşkar edib. Cərrah, xəstəyə əlavə yolla ayağın qan dövranının bərpasının mümkün olduğunu izah edib. 

 

Amma keçirdiyi əməliyyatlar nəticəsində xəstənin ayaqlarında şunt etmək üçün sağlam damarların olmadığı məlum olub. Buna görə də həkimlər onun ayağını dizdən aşağı kəsməyə qərar veriblər. 

 

Professor Karmeli isə təslim olmayıb. O, xəstənin ayağını xilas etmək üçün son səfə cəhd edib: transplantasiya üçün vena tapmaq məqsədilə xəstənin uçaqlarına müraciət edir. Xəstənin övladlarını müayinə edərək toxumaların uyğunluğu yoxlanılır. 

 

Xəstənin 27 yaşlı oğlu Nir transplantasiya uçun uyğun gəlir. O, atasını xilas etmək üçün əməliyyata razılıq verir. 

 

4 saatlıq əməliyyatdan sonra həkimləri xəstənin damarlarını oğlundan götürdükləri venaların köməyilə şuntlayırlar. Əməliyyatdan sonra həkimlər xəstəni və oğlunu evə yazıblar. Onların hər ikisi özlərini yaxşı hiss edir. 

 

Həkimlərin bildirdiklərinə görə, canlı insandan vena köçürülməsi əməliyyatı tibb tarixində bir ilkdir.