Dodaqların rəngi koronavirusdan xəbər verə bilər – Həkimlər

  • 2020.04.13 15:21
  • 2332 Baxış
Dodaqların rəngi koronavirusdan xəbər verə bilər  – Həkimlər

Koronavirus əlamətləri üzrə qruplaşdırılan məlumatlara görə virusa yoluxmanı xəstənin dodaqlarının vəziyyəti, xüsusən rənginin dəyişməsi də öncədən göstərə bilər.


Medicina.az xəbər verir ki, koronaviruslu xəstələrlə işləyən həkimlər pasiyentlərin dodaqlarının xarakterik rəng almasına diqqət yetiriblər.

Hər 3 xəstədən birinin dordaqları göyərmiş rəng alıb. Həkimlər bunu pnevmoniya fonunda baş verdiyini izah edir.


Mütəxəssislər dodaqların soyuq, göyərmiş və hətta qançır rəngi aldığını görən kimi yubanmadan xəstəxanaya müraciət etməyi tövsiyə edir. Göyərmiş dodaqlar o deməkdir ki, orqanizm kifayət qədər oksigen çatmamasınını göstəricisidir. Bu isə virusun ağciyərlərə çatması deməkdir.