"Valideynlər arasında ən geniş yayılmış fikirlərdən biri də dondurmanın anginaya səbəb olmasıdır".
Medicina.az xəbər verir ki, bunu uzman pediatr Züleyxa Ziyadova bildirib.
O, bildirib ki, angina infeksion xəstəlikdir və əsasən viruslar və ya bakteriyalar tərəfindən törədilir:
"Dondurma təkbaşına angina yaratmır. Soyuq qidalar boğazda qısamüddətli qıcıqlanma yarada bilsə də, mikrobların çoxalmasına səbəb olmur. Əksinə, bəzi hallarda soyuq qidalar boğazdakı ağrı və şişkinliyi müvəqqəti azaltmağa, udqunmanı rahatlaşdırmağa kömək edə bilər".
Aygün
Medicina.az