Stavropol diyarında dondurulmuş toyuq döşlərində antibiotiklər tapılıb.
Medicina.az xəbər verir ki, Stavropol diyarı və Qaraçay-Çərkəz Respublikası üzrə Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) əməkdaşları Nevinnomıssk istehsalçısından toyuq ətində antibiotiklər aşkar ediblər.
Qida keyfiyyəti və təhlükəsizliyinə dövlət monitorinqində, Voronej vilayəti üzrə Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) əməkdaşları oktyabr ayında Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən istehsalçıdan dondurulmuş broyler toyuq döşlərindən nümunələr toplayıblar.
Belqorod Regionlararası Baytarlıq Laboratoriyası tərəfindən aparılan tədqiqatlar dondurulmuş broyler toyuq döşlərində (yarıfabrikatlar) diklazuril və dinitrokarbanilid antibiotiklərini aşkar edib.
Bu dərmanlar koksidiostatiklər kimi təsnif edilir. Onlar bütün becərmə dövrü ərzində müxtəlif dozalarda yemlə birlikdə terapevtik və profilaktik məqsədlər üçün verilir. Antiparazitar təsirinə əlavə olaraq, bu dərmanlar quşların orta gündəlik çəki artımına təsir edir.
Avrasiya İqtisadi Komissiyası Şurasının Qərarı ilə qəbul edilmiş Gömrük İttifaqının "Qida Təhlükəsizliyi haqqında" Texniki Reqlamentinə əsasən, bu cür məhsullarda dərman vasitələrinin olması qəti qadağandır.
Nəticələrə əsasən, şirkət rəhbərliyinə qarşı "İstehsalçı tərəfindən vətəndaşların həyatına və ya sağlamlığına zərər vuran texniki qaydaların pozulması" maddəsi ilə inzibati iş başlanılıb.
Aygün Musayeva