Donuz dərisindən göz implantı köçürüldü

  • 2022.08.17 14:27
  • 1669 Baxış
Donuz dərisindən göz implantı köçürüldü

İsveç alimləri görmə qabiliyyətini itirən xəstələrin gözünü yeni metodla - donuz dərisindən hazırlanmış implantla bərpa ediblər.


Bakupost.az xəbər verir ki, yeni implantın test mərhələsində Hindistan və İrandan pasiyentlər iştirak edib.

Donuz dərisindən hazırlanan görmə buynuz qişası implantı buynuz qişanın süni əvəzedicisidir.

Əməliyyatdan sonra 8 həftə immunosupressiv göz damcıları ilə müalicə alan xəstələrdə implantdan qopma olmayıb.

Hazırda bu metod buynuz qişası üçün ən ucuz süni material hesab olunur.