Dünən koronavirusdan nə qədər adam ölüb? - STATİSTİKA

  • 2020.03.03 09:35
  • 3463 Baxış
Dünən koronavirusdan nə qədər adam ölüb? -   STATİSTİKA
Çində koronavirus infeksiyasının yayılma hallarının sayı azalmaqdadır.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, statistikaya görə, gün ərzində ölkədə 125 nəfər virusa yoluxub, 2742 nəfər sağalıb , 31 nəfər isə koronavirusdan vəfat edib. Bu rəqəmlər əvvəlki günlərə nisbətən xeyli azalıb.


COVID-19 hallarının azalması bir neçə gündür ki, müşahidə olunur.

Belə ki, martın 1-də ölkədə 206 virus infeksiyası qeydə alınıb.

Ancaq dünyanın digər ölkələrində, epidemiyanın inkişaf tempi hələki azalmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çindən kənarda, yoluxmuş insanların sayında artım Çinə nisbətən 9 dəfə çoxdur.