Dünyada bir gündə 6,5 mindən çox insan koronavirusdan öldü

  • 07 May 2020 23:55
  • 2696 Baxış
Dünyada bir gündə 6,5 mindən çox insan   koronavirusdan öldü
Dünyada bir gün ərzində koronavirusa 83 mindən çox insan yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada son 24 saatda 6 539 nəfər COVID-19-dan ölüb, 83 465 insan koronavirusa yoluxub.

Beləliklə, dünyada COVID-19 yoluxma ilə bağlı qeydə alınmış halların ümumi sayı 3 672 238, ölüm hallarının sayı 254 045 təşkil edir.

Təşkilatın məlumatına əsasən, COVID-19-a ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 1 542 829 nəfər virusa yoluxub.