ÜST-ün məlumatlarına görə, dünyada bir milyarddan çox insan piylənmə ilə mübarizə aparır. Bu rəqəmin 2030-cu ilə qədər ikiqat artacağı gözlənilir.
Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus piylənmənin ürək xəstəliklərinə, diabetə və bəzi xərçəng növlərinə səbəb olan xroniki və təkrarlanan bir xəstəlik olduğunu bildirib.
O, vurğulayıb ki, piylənmə 2024-cü ilə qədər dünyada 3,7 milyon ölümlə əlaqələndirilir, səhiyyə sistemlərinə və iqtisadiyyata böyük təzyiq göstərir:
"Son illərdə, əvvəlcə diabetin müalicəsi üçün hazırlanmış qlükaqon kimi peptid-1 reseptor agonistləri (GLP-1) adlanan dərman sinfi bir çox ölkədə piylənmənin müalicəsi üçün təsdiqlənib.
Bu ilin sentyabr ayında ÜST GLP-1-i yüksək risk qruplarında diabetin müalicəsi üçün vacib dərmanlar siyahısına əlavə edib. Bu gün biz yetkinlərdə piylənmənin müalicəsi üçün GLP-1-lərin istifadəsi ilə bağlı yeni tövsiyələr dərc edirik. Bu yeni dərmanlar milyonlarla insana ümid verən güclü bir klinik vasitədir".
Ghebreyesus qeyd edib ki, təkcə dərmanlar piylənməni həll edə bilməz və piylənmə hərtərəfli, ömürlük qayğı tələb edən mürəkkəb bir xəstəlikdir.
Piylənmənin bir çox sosial, kommersiya və ətraf mühit amilləri var və bununla mübarizə aparmaq üçün bir çox sahələrdən səylər tələb olunur.
Aygün