"Dünyada koronavirusa yoluxmayan qalmayacaq" - ANTON QURA

  • 2020.05.15 15:18
  • 1961 Baxış
"Dünyada koronavirusa yoluxmayan qalmayacaq"  - ANTON QURA

Dünya əhalisinin 70% -i yoluxana qədər koronavirus yayılacaq.

Bu barədə ABŞ-ın Minnesota Universitetinin yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi, doktor Maykl Osterholm “USA Today”ə müsahibəsində bildirib.

Onun fikrincə, vaksin olmasa, (hansı ki, bir ildən gec hazır olacağı düşünülür - red.) virus kollektiv immunitet yaranana qədər yayılmağa davam edəcək. Buna baxmayaraq, Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, eləcə də digər ölkələr tədricən karantin rejimindən çıxırlar.

Medicina.az xəbər verir ki, Media.Az Ukrayna Müstəqil Tibb İşçiləri Birliyinin həmtəsisçisi Anton Qura ilə bu barədə söhbət edib. Qura bildirib ki, amerikalı alimin fikiləri doğrudur və koronavirusa yoluxmanın azalması barədə danışmaq hələ tezdir.

"Ukraynada 30 mindən çox xəstə var. Və birdən-birə hər yer açılır. Yəqin, indi bizdə nələr baş verəcəyini anlayırsınız…

Tezliklə, hamımız küçəyə çıxdıqdan sonra ikinci dalğa olacaq. Karantin Gürcüstandakı kimi sərt olmalıdır. Azı daha bir ay küçələrə çıxmaq qadağan edilməlidir. Koronavirus yayılmayandan sonra “ölür”. Ancaq yenə qayıdıram Ukraynaya - təəssüf ki, bizdə fəlakət olacağını düşünürəm.

39 milyon əhali üçün 400 minə qədər test edilib. Niyə bu qədər azdır? Həkimlər, xəstəxanalarda çarpayılar çatmır, virusoloq, infeksionist yoxdur. Məmurlarımız pulsuz alınan COVID-19 testlərini satan aptek şəbəkələrinin maraqları üçün lobbiçilik edirlər.

Hamımız xəstələnməyincə, COVID-19 davam edəcək. Ukraynada vaksin hazırlandığını elan etdilər. Lakin o, insan orqanizmini sadəcə məhv edəcək və mən buna qarşıyam. Hər bir halda ilin sonuna qədər COVID -19 heç yerə yox olmayacaq. Payızda isə yeni dalğa başlayacaq. Koronavirus mutasiyaya uğrayıb, hazırda bizdə uşaqlar xəstəliyi ağır keçirirlər. Halbuki, əvvəllər belə şey yox idi.