Dünyada meymunçiçəyindən 72 nəfər ölüb - ÜST

  • 2022.06.15 15:33
  • 1572 Baxış
Dünyada meymunçiçəyindən 72 nəfər ölüb   - ÜST


"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 39 ölkədə 1,6 mindən çox insanda meymunçiçəyinə yoluxma halı ilə bağlı məlumata malikdir. Üstəlik, ilin əvvəlindən, təxminən, 1,5 min insanın bu xəstəliyə yoluxmasına dair şübhələr var”.



Medicina.az xəbər verir ki,bunu ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bu gün Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək meymunçiçəyinə yoluxan 72 nəfər ölüb.


Qeyd edək ki, ÜST meymunçiçəyi xəstəliyinin yayılması ilə bağlı təhlükəni qiymətləndirmək üçün fövqəladə komitənin iclasını çağırıb. Komitənin iclası iyunun 23-də keçiriləcək.