Duş qəbul edərkən sidiyə çıxmaq istəyi ola bilər, amma bu qadınlar üçün pis vərdişdir və müxtəlif xəstəliklərin inkişafı ilə bağlıdır.
“Medicina” xəbər verir ki, ginekoloq Tatyana Koledova bu barədə danışıb.
“Bunu hər zaman etsəniz sidik kisənizlə bağlı problemlər yarana bilər.
Çünki qadın anatomiyası ayaq üstə sidiyə çıxmaq üçün nəzərdə tutulmayıb. Bu zaman qadın orqanizmində çanaq dibinin əzələləri tam rahatlaşa bilmir, yəni tam boşalmır. Bu xüsusiyyət yoluxucu və iltihablı hadisələrin inkişaf riskini artırır, Koledova qeyd etdi.
Bundan əlavə, sidik kisəsində qalan sidik onu qıcıqlandırır, tez-tez tualetə getməyə çağırışlara səbəb olur. Tez-tez sidiyə getmə, öz növbəsində, sidik kisəsini zəiflədir, hətta adekvat həcmdə mayeyə tab gətirmək qabiliyyətini pisləşdirir.
Mütəxəssis duşda sidiyə getməyə qarşı başqa bir halın da adını çəkdi. Pavlovun itlə apardığı təcrübəyə toxunan Koledova deyib:
Duş qəbul edərkən mütəmadi olaraq sidiyə çıxan hər bir insan sonda beynində axar suyun səsi ilə sidiyə getmə ehtiyacı arasında güclü assosiasiya yaradacaq.
Belə bir refleksin formalaşması həyatı ciddi şəkildə çətinləşdirə bilər, çünki tualetə getmək ehtiyacı uyğun olmayan, əlverişsiz anlarda yaranacaq.
“Qadınlarda ayaq üstə durarkən tez-tez sidiyə getmə nəticəsində yarana bilən sidik kisəsi disfunksiyası ona nəzarətin itirilməsi və sidiyin qeyri-iradi ifraz olunması kimi problem riskini ciddi şəkildə artırır”.
Buna görə də, ginekoloq duş qəbul etməzdən əvvəl həmişəki kimi tualetə getməyi məsləhət görür.
Aygün Musayeva