Dustaq xəstəxanada vəfat etdi

  • 2022.12.06 09:04
  • 927 Baxış
Dustaq xəstəxanada  vəfat etdi
Azərbaycanda dustaq dünyasını dəyişib.

Medicina.az -ın APA-ya istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Şəki Penitensiar müəssəsində cəza çəkən 1975-ci il təvəllüdlü Yevlax şəhər sakini Kamal Şəmistan oğlu Abdullayev ötən gün səhhəti ilə bağı Şəki RMX-na yerləşdirilib. K. Abdullayevdə bu gün səhər saatlarında bioloji ölüm faktı qeydə alınıb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomita Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.