Duz çox istifadə edən kişilərdə cinsi zəiflik olur

  • 2023.02.08 17:32
  • 2312 Baxış
Duz çox istifadə edən kişilərdə cinsi zəiflik olur
Kişilərdə geniş yayılmış erektil pozulmanın bir səbəbi də çox zaman qidalanma ilə bağlıdır. Adətən dəqiq məlum olmayan səbəblərdən biri də duzdan çox istifadədir.

“Medicina” xəbər verir ki, androloq Konstantin Muxin yeməyi duzlamadan yeməyən kişilərdə ereksiyanın vəziyyətindən danışıb.

“Duz çox sevən, duzlu yeyən kişilərdə 40 yaşından təzyiqlə yanaşı, erektil disfunksiya da başlayır. Adətən həkimlər bunu təzyiqə bağlayır. Amma əsas səbəb duzdur. Natrium qan dövranını pozur, bu da cinsiyyət orqanlarına təsir edir.
Ereksiya bir başa qan dövranı, damarlarla işləyir

Eləcə də ağız boşluğunun xəstəlikləri, kariyesi, iltihabı olan, dişləri təmiz olmayan, çürük dişləri müalicə etdirməyən kişilərdə də erektil zəiflik olur.

Kişilər duzu maksimum azaltmalı, yeməyi əlavə duzlamamalıdır. Duzlu balıq, şoraba, çips və pendir kişi cinsiyyət üzvlərinin düşmənidir”.

Aygün Musayeva