Ebola virusu tüğyan edir

  • 2026.07.27 18:49
  • 81 Baxış
Ebola virusu tüğyan edir


Konqo Demokratik Respublikasında Ebola virusuna 3 200 rəsmi yoluxma faktı qeydə alınıb.


Medicina.az xəbər verir ki, rəsmi məlumata görə, 773 xəstə təcrid olunub və ya xəstəxanaya yerləşdirilib, 571 nəfər sağalıb, 1 405 yoluxmuş şəxs isə vəfat edib.

"Bloomberg" agentliyinin məlumatına əsasən, hazırkı vəziyyət tarixdə ikinci ən genişmiqyaslı Ebola epidemiyasına çevrilə bilər. Xatırladaq ki, 2018-20-ci illər aralığında oxşar ərazidə yayılan qızdırma 3 470 insanın yoluxması ilə nəticələnmiş və onlardan 2 287-si vəfat etmişdi.

Medicina.az