Ekran qarşısında keçirdiyiniz vaxt artdıqca, "texno boyun" kimi tanınan ağrılı bir sindrom inkişaf riskiniz artır.
Medicina.az xəbər verir ki, daim əlimizdə saxladığımız smartfonlar faydadan daha çox zərər verir.
Son zamanlar ən çox yayılmış xəstəliklərdən biri boyun ağrısıdır.
Mütəxəssislərin fikrincə, başı uzun müddət irəli əymək onurğaya normaldan daha çox yük verir və zamanla həm boyun, həm də bel nahiyəsində xroniki ağrılara səbəb olur.
Ekran qarşısında çox vaxt keçirənlər bu vəziyyətə tutulma riski altındadırlar.
TEXNO BOYUN SİNDROMU
Texno boyun sindromu, smartfon, planşet və ya kompüter istifadə edərkən başın uzun müddət əyilməsi səbəbindən boyun və onurğada meydana gələn əzələ-skelet sistemi xəstəliyidir.
Normal şəraitdə baş 4-5 kq ağırlığında olur və irəli əyildikdə onurğaya əlavə 20-30 kq yük düşür.
Başın davamlı olaraq irəli əyilməsi boyun əzələlərində gərginliyə və ağrıya səbəb olur.
Boyun əzələlərində gərginlik baş ağrılarına səbəb olar.
Adətən irəliyə doğru duruş onurğa əyriliyini pozar.
Çənədə və beldə təzyiq hissi, əllərdə uyuşma yarana bilər.
Nə etməli?
Telefon və ya planşet istifadə edərkən ekranı göz səviyyəsinə qaldırmaq, uzun müddət irəli əyilmədən qaçınmaq və erqonomik iş mühiti təşkil etmək ən əsas addımlardır.
Boyun, çiyin və belin uzanmasını təmin edən dartınma hərəkətlərini müntəzəm olaraq yerinə yetirmək gərginliyi azaldır və əzələlərin güclənməsinə kömək edir.
İsti kompres ağrı və ya əzələ spazmı hiss edərkən təsirli ola bilər, soyuq tətbiq isə qəfil başlayan simptomlar üçün təsirli ola bilər.
Aygün
Medicina.az