Ekzema mürəkkəb və xoşagəlməz, tam sağalmayan xəstəlikdir, lakin onun bir müsbət tərəfi var.
“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyov ekzeması olanları sevindirib.
Ekzema dəri iltihablaşdıqda, qıcıqlanma və qaşınmaya səbəb olduqda baş verir. Lakin, qıcıqlanmasına baxmayaraq, onun olması dəri xərçəngindən qorunduğunuz anlamına gələ bilər.
"Ekzema şişin əmələ gəlməsinin qarşısını ala bilən immun reaksiyasını tətikləyir. Bu immun reaksiya potensial təhlükəli xərçəng hüceyrələrini dərinin səthindən çıxarmaqla işləyir”.
Ekzema bəzən dərinin xarici təbəqələrində struktur zülalların itirilməsinə səbəb olur ki, bu da dəri baryerinin pozulmasına səbəb olur.
"Alimlər qüsurlu siçanlarda dəri xərçənginin yayılmasının qüsursuz siçanlara nisbətən altı dəfə aşağı olduğunu aşkar etdilər.
Epidermal baryer adlanan yerdəki qüsurlar siçanları xoşxassəli şişlərin inkişafından qorudu".
Bu tədqiqat dəri qüsurlarından qaynaqlanan allergiyaların insanları dəri xərçəngindən qoruya biləcəyini göstərən ilk rəsmi tədqiqat idi.
Bununla belə, tədqiqatçılar həmçinin hər iki siçan növünün xərçənglə əlaqəli mutasiyaların inkişafına eyni dərəcədə həssas olduğunu aşkar etdilər.
Aygün Musayeva