Əlcəklə telefona toxunduqda, virus ekranda qala bilər - Rezin əlcəklərdəki təhlükə

  • 2020.04.10 17:12
  • 1411 Baxış
Əlcəklə telefona toxunduqda, virus ekranda qala bilər     -   Rezin əlcəklərdəki təhlükə

Yoluxmuş xəstələrin təmas etdiyi yerlərə toxuna biləcəyimiz üçün əllərə əlcək geyilməsi vacibdir.

Bununla belə, əlcəkdən istifadə zamanı bir neçə qaydaya riayət etməyin zəruriliyindən də danışıb.

İlk növbədə, hətta əlcəkdə olsanız belə gözə, qulaqlara və buruna toxunmaq olmaz.

Bundan başqa, telefondan istifadə edərkən əlcəyin faydası itir.

Siz əlcəkləri tullaya bilərsiniz, ancaq telefonun üzərində bakteriyalar qalır. Sonra siz əlinizlə gözünüzə və ya burnunuza təmas edə bilərsiniz. Ehtiyac olacağı təqdirdə zəng üçün qarnitura, yaxud qulaqlıqdan istifadə etmək yaxşıdır

Evə gəldikdən sonra istifadə olunan tibbi əlcəklər atılmalı və əllər yaxşı-yaxşı yuyulmalıdır.