Əlillik statusuna layiq olmayan şəxslərə xəbərdarlıq

  • 2021.11.19 16:05
  • 1610 Baxış
 Əlillik statusuna layiq olmayan şəxslərə  xəbərdarlıq
“Nazirliyin məqsədi əlillik statusunun sayını artırmaq deyil. Məqsədimiz prosesi maksimum şəffaf və obyektiv həyata keçirməkdir”.

Medicina.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

O bildirib ki, əlilliyi olan şəxslərin statusu heç bir çətinlik olmadan təsdiqlənib:

“Lakin əlilliyi olmayan və əlillik statusuna layiq olmayan şəxslər heç bir yolla, vasitə ilə bu məqsədlərinə nail ola bilməyəcəklər. Mənə elə gəlir ki, biz bu istiqamətdə son illər ərzində ciddi addımlar atmışıq və bu tədbirlər davam edəcək. Əlillik təyinatı elektron platforma üzərindən tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş sənədlərin “Əlillik” altsisteminə daxil edilən zaman formalar kodlaşdırılır.

Həkim ekspertlər vətəndaş barədə heç bir məlumatı bilmədən – ad, soyad, hansı tibb müəssisəsindən gəldiyini görmədən, yalnız vətəndaşın sağlamlıq vəziyyətinə baxaraq, Nazirlər Kabineti tərəfindən təyin edilən meyarlar əsasında qiymətləndirmə aparırlar”.